Uşaq bağçalarına saxta vakansiyalar elanı verən şəxs saxlanıldı - FOTO

23 Dekabr 2024 15:04

Bakı şəhəri, Binəqədi rayonunda internetdə uşaq bağçalarına saxta vakansiyalar elanı verməklə dələduzluq edən şəxs saxlanılıb.

Milli.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, həmin şəxs hər bir vətəndaşdan işə qəbulla bağlı müraciətin qeydə alınması üçün müxtəlif məbləğlərdə pulun onun kartına köçürülməsini tələb edib. O, həmin pulları nağdlaşdırdıqdan sonra zərərçəkənlərin əlaqə nömrələrini bloklayıb:

"Bu əməllərlə məşğul olan 1995-ci il təvəllüdlü Mirnicat Əmirov polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırma gedir".

Milli.Az