Beyinimizin sürəti ilə bağlı yeni araşdırma aparılıb.
Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, beyinimizin sürətinin kompüterdən də yavaş olduğu aşkarlanıb.
Kaliforniya Texnologiya İnstitutunun nevrobioloqları Jieyu Zheng və Markus Meisterin apardığı araşdırmada müəyyən edilib ki, insan beyni məlumatları bir sıra ilə işlədiyi üçün düşüncə sürəti aşağıdır.
Hisslərimiz hər an trilyonlarla bit məlumat toplayarkən, beynimiz bu məlumatların yalnız kiçik bir hissəsini - təxminən 10 biti emal etməklə ətrafımızı dərk edir və qərarlar qəbul edir. Zheng və Meister bu "paradoksun" səbəbini araşdıraraq, beynin bu məlumatları necə süzdüyü sualına cavab tapmağa çalışıblar.
Araşdırma nəticələri göstərir ki, insan beyni və şüurlu emal qabiliyyəti son dərəcə məhduddur. Məsələn, gözlər bağlı halda Rubik kubunu həll etmək təxminən 12 bitlik emal tələb edirsə, peşəkar səviyyədə StarCraft oynamaq saniyədə yalnız 10 bitlik emal gücü ilə mümkün olur.
Tədqiqatçılar insan beyninin nisbətən yavaş işləməsinin səbəbini "ehtiyac olmaması" ilə izah edirlər. Belə ki, insanın əcdadları dünyadakı dəyişikliklərin çox yavaş baş verdiyi ekoloji mühitdə yaşayıb. Nəticədə, saniyədə yalnız bir neçə bitlik qərar qəbul etmə sürəti həyatın tələblərini ödəmək üçün kifayət edib və beyin bu ritmə uyğunlaşaraq inkişaf edib.
Nevrobioloqların fikrincə, texnoloji inkişaflarla insan beyninin məhdud işləmə gücünü kompensasiya etmək mümkündür. Süni intellektin və kompüterlərin paralel işləmə gücünün insan düşüncələri ilə birləşdirilməsi, beynin məhdudiyyətlərini aşaraq yeni imkanlar yarada bilər. Bununla yanaşı, tədqiqat dünyanı daha sadə suallarla və daha yavaş templə dərk etməyin dəyərini də vurğulayır.
Bu mühüm araşdırma "Neuron" jurnalında dərc olunub.
İslam
Milli.Az