"Güldür Güldür" ilə şöhrət qazanan aktrisa Ecem Erkek məşhur müğənni Hülya Avşarın "youtube" layihəsində qonaq olub.
Milli.Az xəbər verir ki, hazırda "Gelin Takımı" filmi ilə izləyicilərinin qarşısına çıxan Ecem Erkek həm kariyerası, həm də uşaqlıq illəri ilə bağlı açıqlamalar verib.
Ecem Erkek "Hayat Sırları" serialı ilə aktrisalığa başladığını bildirərək, Ankaradan sonra Bursa'da 2 il teatrda işlədiyini deyib.
O, bildirib ki, məşhurlaşmasında Sezen Aksunun rolu var.
Hülya Avşarın "Məşhurlaşdıqdan sonra ayrıldınız? Niyə belə oldu?" sualına cavab olaraq Ecem Erkek "Əslində belə olmadı. 2019-cu ildə ayrıldıq. Pandemiya dövrü idi. Bəzən alınmır. Bir-birimizin xətrinə dəymədən anlayışlı formada boşandıq" deyib.
Aktrisa boşandıqdan sonra yeni münasibətə başladığını, amma bunun da uğursuz olduğunu bildirib. Onun dediyinə görə, problem kişilərin güclü qadın sevə bilməməsindədir.
Qeyd edək ki, Ecem Erkek 2016-cı ildə Yüce Armağan Erkek ilə evlənib. Onlar 2020-ci ildə boşanıblar.
İsmayıl
Milli.Az