Əsəd rejiminin devrilməsindən sonra Suriyada tarixi an - FOTO

23 Dekabr 2024 14:00

Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonra rejimə sadiq əsgərlər əfv qərarından sonra bir-bir qoşunlara təslim olmağa başlayıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, görüntülərdə əsgərlərin şəxsiyyət vəsiqələrini göstərərək qeydiyyatdan keçdikdən sonra silahlarını təhvil verərək binaya daxil olduqları görünür. Yeni hökumət Əsədin əsgərlərinə amnistiya tətbiq edərək silahlarını təhvil verməyi və HTŞ-yə təslim olmalarını tələb edib.

Dəməşqdə qeydə alınan görüntülərdə əsgərlərin Əsədin portretinin üzərinə addım ataraq silahlarını yerə qoyduqları və sonra mərkəzə daxil olduqları müşahidə olunub. Binada təhvil verilən silahlar arasında tapança, qumbara və uzun lüləli silahlar yer alır.

Nərmin
Milli.Az