2025-ci ildə səmanın möhtəşəm şousu gözlənilir.
Milli.Az xəbər verir ki, həmin hadisə 2025-ci ilin yanvar ayına təsadüf edir. Sözügedən hadisə zamanı 6 planetin eyni anda düzülməsi gözlənilir.
Mars, Venera, Yupiter, Saturn, Uran və Neptun yan-yana düzülməsi nadir bir mənzərə yaradacaq. Bu nadir hadisə zamanı Mars, Venera, Yupiter və Saturnu adi gözlə rahatlıqla görmək mümkün olacaq. Lakin, daha uzaq və zəif işıq saçan Uran və Neptunu görmək üçün teleskop və ya yüksək güclü durbin tələb olunacaq. Ən yaxşı baxış vaxtı isə gün batdıqdan sonra olacaq. Bu möhtəşəm səma hadisəsi astronomiya həvəskarlarına və səma tədqiqatçılarına unudulmaz bir təcrübə yaşadacaq.
Asya
Milli.Az