Türkiyənin ən qədim idman klubu olan "Beşiktaş"ın loqosunda dəyişiklik edilib.
Milli.Az haberler-ə istinadla xəbər verir ki, klubun keçmiş kommunikasiya direktoru Okay Karacan loqonun dəyişdirildiyini bildirib.Karacanın açıqlamasına görə, yeni loqo ilə bağlı edilən əsas dəyişikliklər bunlardır:
Loqo üfüqi şəkildə genişləndirilib.
Bayraq bölməsi və zolaqlar daha nəzərəçarpacaq şəkildə genişləndirilib.
Bayrağın yuxarı diaqonalındakı uclar ağ uclarla birləşdirilib.
"BJK" hərfləri kiçildilib, 1903-cü il ifadəsi isə nazikləşdirilib.
Loqonun yeni versiyası hələ rəsmi qeydiyyata alınmayıb və hazırda yalnız Beşiktaşın Super APP tətbiqində və sosial media hesablarında istifadə olunur.
Bu dəyişikliklər azarkeşlər arasında böyük müzakirələrə səbəb olub.Azarkeşlər loqodakı dəyişiklikləri əhəmiyyətsiz hesab edərək, rəhbərliyin bu məsələdə azarkeşləri məlumatlandırmamasını tənqid ediblər. Sosial şəbəkələrdə bəzi azarkeşlər dəyişiklikləri "nəzərəçarpmaz" adlandırıb və loqonun tarixi ruhunu qorumağın vacibliyini vurğulayıblar.
1903-cü ildən bəri Türkiyə futbolunda simvolik bir yerə sahib olan "Beşiktaş" loqosundakı bu dəyişikliklər, klubun keçirdiyi çətin günlərdə azarkeşlərin diqqətini başqa məsələlərə yönəltmək üçün atılan addım kimi də qiymətləndirilir.
Fidan
Milli.Az