"Qadınlar 35 yaşa qədər uşaq dünyaya gətirməlidir" - Deputatdan təklif

23 Dekabr 2024 09:01

Rusiya Dövlət Dumasının deputatı Tatyana Butskayanın sözlərinə görə, rusiyalı qadınlar 35 yaşına qədər uşaq dünyaya gətirməlidirlər.

Milli.Az xəbər verir ki, o bu barədə "Moskva danışır" radiostansiyasına müsahibəsində bildirib.

Butskaya öz mövqeyini tibb fakültəsində əldə etdiyi biliklərlə əsaslandırıb. O bildirib ki, 35 ildən sonra genetik mutasiya riski "eksponensial" olaraq artır.

"35-ə qədər hər şey mükəmməl şəkildə inteqrasiya edilə bilər", - deyə deputat bildirib.  /"Unikal"

Milli.Az