Jennifer Garner son zamanlar iş adamı sevgilisi John Miller ilə nişanlanma ehtimalları ilə gündəmdədir.
Milli.Az xəbər verir ki, DailyMail.com-un paylaşdığı şəkillərdə, Garner, Los-Ancelesdə sol əlinin nişan barmağında almaz üzüklə görüntülənib.
13 Going On 30 filminin aktrisası 2018-ci ildən John Miller ilə görüşməyə başlayıb və 2020-ci ildə ayrıldıqdan sonra 2021-ci ildə yenidən bir araya gəliblər.
Jennifer Garner John Miller ilə nişanlanıb?
Bir mənbə, Garner və Miller-in gələn yazda Parisdə toy etməyi planlaşdırdıqlarını və Garner-in gəlinlik paltarını almağa getdiyini iddia edib.
"Paris onların sevimli məkanlarından biridir və bu gələn yaz orada evlənməyə qərar veriblər," deyə bir mənbə bildirib.
Bu ayın əvvəlində, Garner "John ilə çox xoşbəxt olduğunu və onunla çox vaxt keçirdiyini, demək olar ki, hər gün onu gördüyünü" bildirmişdi.
PEOPLE-yə danışan üçüncü bir mənbə isə, Garner və keçmiş əri Ben Affleck-in Şükranlıq günü uşaqları ilə könüllü olaraq vaxt keçirdiklərini, hətta Miller-in həmin gecəni onun evində keçirdiyini bildirib.
"Jen sadəcə olaraq uşaqlarının xoşbəxt olmasını istəyir. O, uşaqlarının bir ailə olaraq vaxt keçirmələrini təmin edəcək və Ben'i də buna daxil edəcək," deyə mənbə bildirib.
Lalə Qüdrətova
Milli.Az