Trendyol Süper Liqasının 17-ci həftəsində Trabzonspor, Bodrum FK-nı qəbul edib.
Milli.Az xəbər verir ki, tədbirdə diqqətçəkən hadisə yaşanıb.
Trabzonsporun baş məşqçisi Şenol Günəş, qarşılaşma öncəsi uğurlar diləmək üçün Bodrum FK-nın baş məşqçisi Volkan Dəmirelin yanına gedərək əlini uzadıb. Lakin Volkan Dəmirel Günəşin əlini sıxmadan ehtiyat oyunçular skamyasına doğru gedib. Bu hadisədən sonra Şenol Günəş də öz yerinə geri dönüb.
Buna səbəb Güneşin ötən ilki açıqlaması olub. O, "Beşiktaş"ı çalışdırarkən verdiyi müsahibədə "Hatayspor" və "Qaziantep" barədə danışıb:
"Sizdən soruşuram, "Hatayspor" və "Qaziantep" liqada var, ya yox? Var görünür. Hansısa rəsmi açıqlama görmüsüz? Məşqlərə çıxırlar. Harda çalışdıqlarını bilirsiz? Mən bilirəm. Toplanışı Rivada keçirlər. Bunu ötən mövsüm də edə bilməzdilər? Niyə bunları deməkdən çəkinirsiz?".
Onun bu sözlərinə Demirelin cavabı gecikməyib:
"Zəlzələdən sonra oynaya bilməzdik. Həmin gün bir futbolçumu və idman direktorumu itirdim. 4 məşqçim, 5 oyunçum dağıntıların altında qaldı. Liqaya fasilə verdi. Çempionat yenidən başlayanda mən meyit axtarırdım".
Lalə Qüdrətova
Milli.Az