Qılıncoynatma üzrə Azərbaycan çempionatı başa çatdı

23 Dekabr 2024 00:03

Azərbaycan Texniki Universitetinin İdman Sarayında keçirilən qılıncoynatma üzrə Azərbaycan çempionatına yekun vurulub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, yarışın ikinci günündə qılıncoynatmanın şpaqa növü üzrə qaliblər müəyyənləşib:

Oğlanlar:

1-ci yer: Ruslan Həsənov
2-ci yer: Emin Səfərbəyov
3-cü yer: Oruc Misirzadə, Səid Əliyev

Qızlar:

1-ci yer: Aynur Quliyeva
2-ci yer: Xədicə Həsənli
3-cü yer: Nəzrin Mehdiyeva, Nazilə Rəhimova
Qaliblər və mükafatçılar Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov və Azərbaycan Qılıncoynatma Federasiyasının baş katibi Vasif Məmmədov tərəfindən diplom və medallarla təltif olunublar.

Milli.Az