Braziliyada təyyarə hotelə çırpıldı, 10 ölü, 15 yaralı

22 Dekabr 2024 21:27

Braziliyanın cənubunda yerləşən Qramado turizm şəhərində, bazar günü içərisində 10 nəfərin olduğu kiçik təyyarə mağazalara çırpılaraq qəzaya uğrayıb.

Milli.Az xəbər verir ki, "Çox təəssüf ki, ilkin məlumatlara əsasən təyyarənin sərnişinləri sağ qalmayıb," - deyə qubernator Eduardo Leyte sosial media platforması X-də paylaşım edib.

Rio Grande do Sul əyalətinin ictimai təhlükəsizlik idarəsinin verdiyi məlumata görə, qəza nəticəsində baş verən yanğın səbəbindən tüstüdən zəhərlənən ən azı 15 nəfər şəhər xəstəxanasına aparılıb.

Təyyarə əvvəlcə bir binanın bacasına çırpılıb, daha sonra bir evin ikinci mərtəbəsinə dəyib və nəhayət, mebel mağazasına çökərək qəzaya uğrayıb.

Bu ilin əvvəlində şəhər ciddi daşqınlardan təsirlənmişdi. Həmin hadisələr bir çox insanın həyatına son qoymuş və əyalət iqtisadiyyatına əhəmiyyətli zərər vurmuşdu.

Lalə Qüdrətova
Milli.Az