3 ölkə Yaxın Şərqi belə bölmək istəyirdi – Xəritə

22 Dekabr 2024 19:51

Politoloq Turab Rzayev Birinci Dünya müharibəsi zamanı Britaniya və Fransanın Yaxın Şərqi "necə görmək istədikləri"nin xəritəsini paylaşıb.

Milli.Az bildirir ki, o, 108 il əvvəl (1916-cı il) Britaniya, Fransa, daha sonra cəlb etdikləri Rusiya ilə birlikdə Yaxın Şərqi xəritədə göstərilən kimi bölməyi planlaşdırdıqlarını xatırladaraq, bunu hazırda da davam edən müharibələrin səbəbi adlandırıb.

Qeyd edək ki, 108 il öncəki planı Qurtuluş savaşı pozmuşdu.

Milli.Az