ABŞ Ümumdünya Səhiyyə Təşkilatından çıxa bilər

22 Dekabr 2024 18:40

ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Trampın administrasiyası Birləşmiş Ştatların Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) tez bir zamanda çıxmasında israrlıdır.

Trend-in "Financial Times"a istinadən verdiyi xəbərə görə, Trampın ətrafı ölkənin təşkilatdan çıxmağını yanvarın 20-də inauqurasiya günü elan etməyi planlaşdırır.

Ekspertlər ABŞ-nin qurumu tərk etmək planını qlobal sağlamlıq üçün "fəlakətli" adlandırıblar, çünki ölkə ÜST-nin ən böyük donorudur.

Milli.Az