Juninyodan "Sevilya"dan aldığı təklifə ilk reaksiya

22 Dekabr 2024 17:51

"Qarabağ"ın braziliyalı hücumçusu Olaviyo Juninyo "Sevilya"dan aldığı təklifə ilk dəfə münasibət bildirib.

Milli.Az xəbər verir ki, hazırda iki klub arasında danışıqlar davam edir.

İlk mərhələdə Ağdam təmsilçisi ispanlar tərəfdən təklif olunan məbləğin onları qane etmədiyinə dair qarşı tərəfə cavab verib. Hazırda danışıqlar prosesi ikinci mərhələdədir.

Juninyo özü isə "Estadio Deportivo"ya açıqlamasında La Liqa klubunun təklifi ilə bağlı qısaca olaraq deyib: "Hazırda bu barədə çox danışa bilmərəm. Çünki məndən əvvəl klubum var. Bu, təkcə məndən asılı olan məsələ deyil".

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin iyununda başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub./qol.az

Milli.Az