Berezutski “Sabah”ın məğlubiyyəti barədə nə dedi?

22 Dekabr 2024 18:24

"Sabah"ın baş məşqçi Vasili Berezutski "Şamaxı"ya qarşı bu gün keçirlən oyunu şərh edib.

Rusiyalı mütəxəssisin komandası Misli Premyer Liqasının 18-ci turunun, bu ilin isə son matçında 1:3 hesabı ilə uduzub.

Milli.Az xəbər verir ki, Şamaxıda keçirilən matçdan sonra təşkil edilən mətbuat konfrasında Berezutski bildirib:

"Bu oyunu heç cür öz aktivimizə yaza bilmərik. Yaxşı ki, bizi qarşıda fasilə gözləyir". 

O bildirib ki, indi komandası istirahət etməlidir: "Bundan sonra çempionatın ikinci yarısına hazırlaşmaq, səhvləri aradan qaldırmaq və tam hazır olmaq üçün bizi gərgin məşqlər gözləyir". 

Qeyd edək ki, "Sabah" çempionatın ilk hissəsini 18 oyundan 26 xalla 5-ci yerdə başa vurub./qol.az

Milli.Az