Türkiyə XİN-dən Pakistanda törədilən terror aktını ilə bağlı bəyanat

22 Dekabr 2024 16:24

"Bu mənfur hücumu qınayır, şəhidlərə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Terrorla mübarizədə Pakistanla qətiyyətli həmrəyliyimizi bir daha vurğulayırıq".

Milli.Az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin dekabrın 21-də Pakistanda naməlum silahlılar tərəfindən hərbi nəzarət-buraxılış məntəqəsinə edilən hücumla bağlı bəyanatında deyilir.

Bəyanatda bu qanlı hadisə zamanı çox sayda hərbçinin həlak olmasından ölkənin dərin kədər hissi keçirdiyi vurğulanır.

Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.

Milli.Az