Bu ölkədən sərt qərar - "TikTok"u "qovacaqlar"

22 Dekabr 2024 09:41

Albaniyada "TikTok" platforması bir il müddətinə bağlanacaq.

Milli.Az Albaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Baş nazir Edi Rama məktəbdə şagirdin ölümü ilə nəticələnən insidentdən sonra jurnalistlərə açıqlamasında deyib.

O, həmçinin bildirib ki, hökumətin qərarına əsasən, "Tiktok" 2025-ci ilin əvvəlindən ölkədə bloklanacaq.

Xəyal
Milli.Az