Almaniya kansleri çətin anlar yaşadı

22 Dekabr 2024 09:30

Xəbər verdiyimiz kimi, Almaniyada terror hadisəsi baş verib. Belə ki, cümə günü axşam Maqdeburqda sürücü avtomobili insan kütləsinin üzərinə sürüb. Hadisə zamanı azı 5 nəfər ölüb. Almaniya kansleri Olaf Şolts Milad bazarında törədilən terror aktından sonra Maqdeburqa (Saksoniya-Anhalt) yollanıb.

Milli.Az yerli mətbuata istinadən xəbər verir ki, hadisə baş verən əraziyə səfər edən kansler burada xoşagəlməz halla qarşılaşıb.

Burada yaşayan əhali ona qarşı aqresiv yanaşıb. Bununla yanaşı, insanlar onun ünvanına təhqir səsləndiriblər. ünvanına səsləndiriblər.

Aqresiya ilə qarşılanan Şolts  "Rədd ol!" çağırışları ilə oranı tərk etmək məcburiyyətində qalıb.

Xəyal
Milli.Az