Tramp onun ABŞ-yə qaytarılmasını istəyir

22 Dekabr 2024 09:13

Panama kanalı ABŞ-yə qaytarıla bilər.

Milli.Az xəbər verir ki, ABŞ-nin prezidenti Donald Tramp Panama kanalının ABŞ-yə qaytarılması barədə etdiyi çağırışı sosial media hesabında paylaşıb.

"Kanaldan ən fəal istifadə edən ABŞ-dir, bu kanal isə Amerikanın iqtisadiyyatında və milli təhlükəsizliyində əsas rol oynayır. ABŞ-nin Panamaya göstərdiyi fövqəladə səxavəti nəzərə alsaq, Panamanın aldığı rüsumlar gülüncdür", deyə o, paylaşımında qeyd edib.

Xəyal
Milli.Az