10 minə arvad alan azərbaycanlı məhkəməlik oldu

22 Dekabr 2024 07:42

Rusiyanın Tula vilayətinin Kireyevski rayon sakini azərbaycanlı ilə qondarma ailə qurub.

Milli.Az yerli mediaya istinadla bildirir ki, prokurorluq miqrasiya qanunvericiliyinin tələblərinə əməl olunmasını yoxlayıb.

Müəyyən edildiyi kimi, qadın 10 min rubl müqabilində Azərbaycan Respublikası vətəndaşı ilə nikahın rəsmiləşdirilməsinə razılıq verib. Bunun sayəsində o, Rusiya vətəndaşlığını ala bilib.

Prokurorluq nikahın etibarsız sayılması ilə bağlı iddia qaldırıb və bu təmin edilib.

Nikah şəhadətnaməsi ləğv edilə bilər. Məhkəmə qərarı azərbaycanlı barəsində kompleks tədbirlərin görülməsi üçün miqrasiya nəzarəti orqanlarına göndərilib. /lent.az

Milli.Az