Almaniyada terror törədən islamofob şəxslə bağlı yeni detallar

21 Dekabr 2024 22:19

Maqdeburq hücumçusu bir il əvvəl sosial şəbəkələrdə 20 təsadüfi almanı öldürmək planları haqqında yazıb. Bunu görən istifadəçilərdən biri Berlin polisinə məlumat verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə "Svejesti" "Telegram" kanalı xəbər verib.

Bildirilir ki, Talib əl-Əbdülmöhsinin "Twitter"dəki hədələri ABŞ-nin Nyu-Cersi ştatından olan amerikalının diqqətini çəkib. Buna görə o, 2023-cü ilin sentyabrında Berlin polisinə vəziyyətin ətraflı təsviri ilə elektron məktub göndərib, Talibin adını, doğum tarixini və Maqdeburqda ehtimal olunan yaşayış yerini göstərib.

Nyu-Cersi ştatının sakini həmçinin polislə münaqişəyə görə Almaniya hökumətinə qəzəbli olan Talibi sakitləşdirməyə çalışıb və okeanın o tayında olduğu üçün heç nə edə bilməməyindən çox narahat olub.

Qeyd olunur ki, 15 ay əvvəl edilən bu xəbərdarlığın Almaniyanın hüquq-mühafizə orqanlarına çatıb-çatmadığı hələ də aydın deyil.

Bundan əlavə, "Spiegel" xəbər verir ki, Səudiyyə Ərəbistanı Almaniya hökumətinə Maqdeburq terrorçusu ilə bağlı üç xəbərdarlıq göndərib, lakin bunlar nəzərə alınmayıb.

Milli.Az