Ərdoğan sərt reaksiya verdi

21 Dekabr 2024 17:54

Ötən gün Almaniyanın Maqdeburq şəhərində Milad yarmarkasına edilən iyrənc hücumu qətiyyətlə pisləyirəm.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Hücumda həyatını itirənlərin ailələrinə, dost Almaniya xalqına və hökumətinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram", - Türkiyə lideri vurğulayıb.

Qeyd edək ki, ötən gün axşam Maqdeburqda Milad yarmarkasında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 4 nəfər ölüb, 205 nəfər isə yaralanıb.

Milli.Az