Türkiyəli futbolçu ingilisləri özündən çıxardı - VİDEO

21 Dekabr 2024 17:32

İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsində "Tottenhem" ilə "Mançester Yunayted" arasında keçirilən matçda türkiyəli qapıçı Altay Bayındır klubunun azarkeşlərinin əsəbini tarıma çəkib.

Milli.Az Türkiyə mediasına istinadən xəbər verir ki, bu səbəb qapıçının kornerdən yediyi qol olub. Oyunçu sosial mediada tənqidi şərhlərin hədəfi olub. "Berbad mövqe tutma, zərbə saxlama", "Ümumiyyətlə tam bir fiyasko!", "Altay buna görə oynamır", "Yeterincə yaxşı olmadığını hər zaman dedim" kimi şərhlər yazılıb.

İngiltərə mətbuatı da Altay Bayındırı manşetlərə çıxararaq tənqid edib.  "Altay Bayındırın fəlakətli səhvi", "Amorimin rotasiyası tərsinə getdi", Altay Bayındır matçı itirdi" kimi manşetlər diqqət çəkib.

Qeyd edək ki, bu mövsüm yalnızca İngiltərə Liqa Kubokunda klubunun forması ilə 3 matça çıxan Altay Bayındır "Börnli" qarşısında qapısını toxunulmaz saxlaya bilib. Qapıçı "Tottenhem"dən  4, "Lester Sity"dən isə 2 qol buraxıb.

Tural 
Milli.Az