00:30
Suriya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Türkiyə universitetinin məzunudur.
Milli.Az xəbər verir ki, Əsəd Həsən əl-Şibani 1987-ci ildə Həsəkə vilayətində anadan olub. O, 2009-cu ildə Dəməşq Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib.
2022-ci ildə İstanbul Sabahattin Zaim Universitetində siyasət elmləri və beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb.
Əl-Şibani 2011-ci ildə başlayan Suriya inqilabına qoşulub və Suriya Qurtuluş Hökumətinin yaradılmasında iştirak edib. 2017-ci ildə o, hələ də rəhbərlik etdiyi Suriya Qurtuluş Hökumətinin Siyasi Departamentini yaradıb. / Musavat.com
-----------
16:07
Əsəd Həsən Əl-Şeybani Suriyanın yeni hökumətində xarici işlər naziri təyin olunub.
Milli.Az xəbər verir ki, bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. /APA
Milli.Az