Türkiyə millisinin cüdoçusu faciəvi şəkildə öldü - FOTOlar

21 Dekabr 2024 13:47

Ərzurumda Palandöken dağında Cüdo Milli Komandasının yüksək hündürlükdə yerləşən düşərgəyə doğru dırmaşması zamanı qar uçqunu baş verib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, nəticədə 16 yaşlı idmançı həyatını itirib, 5 nəfər isə yaralanıb.

Hadisə yerinə UMKE, jandarma və xilasetmə qrupları göndərilib. Yaralılardan 3-ü öz imkanları ilə çölə çıxaraq xilas olub. Lakin 16 yaşlı Emre Yazqan bütün müdaxilələrə baxmayaraq, həyatını itirib.

Təhlükəsizlik tədbirləri çərçivəsində bölgədə ikinci qar uçqunu riskinə qarşı əlavə tədbirlər görülüb.

Fidan
Milli.Az