Arda Turan "Fənərbağça" ilə matçda siqaret çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Eyüpspor"un baş məşqçisi Arda Turan Türkiyə Superliqasının 17-ci turunda keçirilən "Fənərbağça" ilə oyunda siqaret çəkərək diqqətləri öz üzərinə çəkib.
Bu görüntülər sosial mediada müzakirələrə səbəb olub və bir çox izləyici Arda Turanla bağlı tənqidlərini bildirib.
Qeyd edək ki, matç 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Həmin görüntüləri təqdim edirik:
Fidan
Milli.Az