Makronun Ermənistana gələn yolları "bağlanıb"

21 Dekabr 2024 13:07

"Ermənistanın baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronu iki il ərzində 5-ci dəfə ölkəsinə dəvət etsə də, səfər baş tutmur".

Milli.Az xəbər verir ki, bu barədə "Sputnik-Armenia" yazıb.

Materialda xatırlanır ki, bundan əvvəl Fransa liderinin Ermənistana sentyabrın 21-də bu ölkənin "Müstəqillik Günü" tədbirlərində iştirak etmək üçün gələcəyi açıqlansa da, bu dəfə də səfər reallaşmayıb.

N. Paşinyan dekabrın 21-də onu doğum günü münasibətilə təbrik edib və dəvətini təkrarlayıb.

Qeyd edək ki, Ermənistanın hökumət başçısı Fransa prezidentini 2022 və 2023-cü ilin iyulunda, eləcə də 2024-cü ildə dəfələrlə ölkəsində görmək istədiyini bəyan etsə də, E. Makron İrəvana gəlməyib.

Fransa prezidenti sonuncu dəfə Ermənistanda 2018-ci ildə, Frankofoniya sammitində iştirak etmək üçün olub. /APA

Milli.Az