Çində meşə ilə örtülmüş nəhəng mağara tapıldı - FOTOlar

22 Dekabr 2024 11:30

Çində 192 metr dərinliyində nəhəng bir mağara tapılıb. Tədqiqatçılar bu mağaranın içində hündürlüyü 40 metrə çatan ağacları ilə daha əvvəl heç görmədikləri növlərin yaşadığı nəfəs kəsən qədim bir meşə də aşkar olundu.

Milli.Az "Xinhua" xəbər agentliyinə istinadən xəbər verir ki, 192 metr dərinliyində olan mağara 304 metr uzunluğunda və 149 metr genişliyindədir.

Kəşf edilən mağara "böyük" olaraq təsnif edilir və mütəxəssislərin mağaranın dibinə çatması üçün bir neçə saatlıq yürüyüş etməsi lazım gəlib. Burada üç mağara girişi ilə qarşılaşıblar.

Mağara kəşfiyyatçıları qrupuna rəhbərlik edən Chen Lixin mağaranın dibindəki sıx meşə altı bitkilərinin uzunluğunun bir insanın çiyinlərinə qədər çatdığını və meşənin dibindəki qədim ağacların bəzilərinin hündürlüyünün 40 metrə çatdığını bildirib.

Xəyal Abdullayev
Milli.Az