İş adamı sevgilisini ilk dəfə paylaşdı - FOTO

21 Dekabr 2024 14:23

Məşhur türkiyəli aktrisa Esra Bilgiç sevgilisi iş adamı Faruk Sabancı ilə birlikdə çəkilmiş fotolarını ilk dəfə sosial şəbəkədə paylaşıb.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, cütlüyün yaxtada çəkilən fotoları izləyicilər tərəfindən böyük maraqla qarşılanıb və qısa müddətdə müzakirələrə səbəb olub.

Esra Bilgiç "Diriliş Ertuğrul", "Ramo" və "Kanunsuz Topraklar" kimi məşhur seriallarda rol alaraq tanınıb. Aktrisa 2017-ci ildə futbolçu Gökhan Töre ilə ailə həyatı qurub, lakin bu evlilik 2019-cu ildə boşanma ilə nəticələnib.

Faruk Sabancı ilə münasibətini açıq şəkildə paylaşan Esra Bilgiçin bu addımı, həm pərəstişkarlarının, həm də medianın diqqət mərkəzindədir.

Milli.Az