Şadlıq saraylarında qiymətlər artdı

21 Dekabr 2024 10:22

2024-cü ilin noyabr ayından şadlıq saraylarında sifarişlərin sayı 23,6 faiz artıb.

Milli.Az bildirir ki, bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib.

Sifarişlərin çoxalması özünü qiymət artımlarında da göstərib. Belə ki, şadlıq saraylarında noyabr ayında qiymətlər 6.2 faiz artıb.

Xüsusən 40 manatadək olan menyularda qiyməti daha çox artıb: 8.5 faiz. Qiyməti 40-80 manat olan menyuların qiyməti 5.7 faiz yüksəlib. Dəyəri 100 manatdan çox olan menyuların qiymətində də 4.3 faiz artım qeydə alınıb.

Milli.Az