Çirkli pulların yuyulmasında ittiham edilərək bir müddət ABŞ-da həbsdə olan Sezgin Baran Korkmazın təyyarəsinin məşhur futbolçu Kriştiano Ronaldoya 17 milyon dollara satıldığı müəyyənləşib.
Məlum olub ki, faktura və müqavilələrdə Ronaldoya məxsus olduğu iddia edilən təyyarə Korkmazın köhnə təyyarəsi GIOBALXRS olub.
Milli.Az istinadla bildirir ki, Korkmazın təyyarəsini Ronaldoya 17 milyon dollara satdığı, yerinə isə 73 milyon dollara GLOBAL 7500 təyyarəsi aldığı məlum olub. Kökrmazın yeni təyyarəsinin hazırda Almaniyadakı BRABUS müəssisələrində konstruktor tərəfindən yeniləndiyi və fevralın 14-də Korkmaza təhvil veriləcəyi öyrənilib.
ABŞ-da yaşayan və müəyyən sərmayələri olan Sezgin Baran Korkmazın Türkiyəyə nə vaxt dönəcəyini yaxın günlərdə baxılacaq çirkli pulların yuyulması məhkəməsi müəyyən edəcək. /lent.az
Milli.Az