Vüsal Aslanov “Bakı Metropoliteni”nə sədr təyin edildi

20 Dekabr 2024 19:10

Zaur Mir Tofiq oğlu Hüseynov "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilib.

Milli.Az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Digər Sərəncamla Vüsal Yusif oğlu Aslanov "Bakı Metropoliteni"nə sədr təyin edilib.

Milli.Az