Putin Əsədə sərt qadağalar qoydu

20 Dekabr 2024 20:26

Rusiya prezidenti Vladimir Putinin Suriyanın devrilmiş lideri Bəşər Əsədə tətbiq etdiyi sərt qaydalar açıqlanıb.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Əsədin Moskvanı tərk etməsi və siyasi fəaliyyətlə məşğul olması qəti şəkildə qadağan edilib.

Rusiya hökuməti tərəfindən qərar verilənə qədər, Bəşər Əsədin daşınar və daşınmaz əmlakına girişi və ya idarəsi də qadağan edilib. 

Qeyd edək ki, Əsədin həyat yoldaşı Esmanın Londona getmək üçün müraciət etdiyi bildirilib, amma buna icazə hələ verilmir.

Nərmin
Milli.Az