Olesya Nosova Prezident İlham Əliyevə təbrik məktubu göndərib

20 Dekabr 2024 16:50

Rusiyanın "Komsomolskaya pravda" media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məkitubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz mübarək! Xahiş edirəm, bu münasibətlə ən səmimi təbriklərimi qəbul edin. Sizə uğurlar, tükənməz güc və enerji, nikbinlik, yeni zirvələr fəth etməyinizi arzulayıram.

"Komsomolskaya Pravda" ilə dostluğa və əməkdaşlığa görə səmimi təşəkkürümü bildirirəm.

Sizə və yaxınlarınıza xoşbəxtlik, cansağlığı və firavanlıq diləyirəm".

Milli.Az