"Qalatasaray"ın argentinalı hücumçusu Mauro İkardi şəxsi həyatı ilə daim diqqət mərkəzindədir.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hazırda boşanma mərhələsində olan İkardi və həyat yoldaşı Vanda Nara arasındakı münasibətlər gündəm yaratmağa davam edir. Nara son zamanlar anasının İkardiyə göndərdiyi mesajları sosial mediada paylaşıb.
İlk mesaj 2 dekabr tarixində göndərilib:
Naranın anası "Sabahın xeyir, Mou, əməliyyatın üçün sənə uğurlar arzulayıram. Mən səni çox sevirəm və bu planetdə səni səndən çox sevəcək heç kim yoxdur. Qızımın sevgisini itirdin, illər əvvəl Çinə getdin. Mənə yazdığınız günü təəssüflə xatırlayıram. O qadın gözəl bir ailənin sonunun başlanğıcı idi. Van bacarmadı, cəhd etdi, amma xəyanətinizi unuda bilmirəm" sözlərini yazıb.
Digər mesajlarda isə Naranın anası İkardi ilə görüşmək istədiyini bildirib və qızlarını görmək üçün onunla əlaqə qurmağa çalışıb.
Lakin İkardi bu mesajlara cavab verməyib. Ananın son mesajında isə Wanda və qızlarının İkardi ilə görüşmək istədiyi, amma aralarındakı problemlər səbəbindən maneələr yaradıldığı vurğulanıb.
Milli.Az