Sergey Məlikov İlham Əliyevə təbrik məktubu göndərib

20 Dekabr 2024 16:44

Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Milli.Az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.

Siz quruculuq fəaliyyətində, iqtisadi, sosial və mədəni inkişaf istiqamətində heyrətamiz uğurlar qazanmış Azərbaycan Respublikasının mənafeyini 20 ildən artıqdır ki, inamla müdafiə edirsiniz. Sizin yüksək siyasi nüfuzunuz və həyata keçirdiyiniz kursa ümumxalq dəstəyi ölkənin bir çox sahələrdə lider mövqelərinin möhkəmlənməsinə təminat verir.

Əmin olduğumu bildirirəm ki, Rusiya Federasiyasının Dağıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxəsrlik mehriban qonşuluq və qarşılıqlı hörmət əlaqələrinə əsaslanan dostluq, əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə genişlənəcək və dərinləşəcəkdir.

Hörmətli İlham Heydər oğlu, qarşıdan gələn 2025-ci ildə Sizə möhkəm cansağlığı, firavanlıq və məsuliyyətli işinizdə uğurlar arzulayıram".

Milli.Az