Nigeriyanın İbadan şəhərində keçirilən məktəb yarmarkasında izdiham baş verib.
Hadisə nəticəsində 35 uşaq həyatını itirib.
Milli.Az xarici KİV-ə istinadən verilən məlumata görə, yarmarka 5 min uşaq üçün nəzərdə tutulsa da, gələn uşaqların sayı 7 minə yaxın olub. Bu səbəbdən yaranan izdiham faciəyə səbəb olub.
Oyo ştatının polisi hadisə ilə bağlı araşdırmalara başlayıb və tədbirin əsas təşkilatçılarını həbs edib. Nigeriya prezidenti Bola Tinubu, həlak olanların ailələrinə başsağlığı verib və əyalət hökumətini ictimai tədbirlərdə təhlükəsizlik tədbirlərini nəzərdən keçirməyə və gücləndirməyə çağırıb.
Fidan
Milli.Az