Sanksiya tətbiq edilən şəxsi özünə müavin təyin etdi

20 Dekabr 2024 12:12

Gürcüstanın Baş naziri İrakli Kobaxidze daxili işlər naziri Vaxtanq Qomelaurini özünə müavin təyin edib.

Məlumatı hökumət administrasiyası yayıb.

İrakli Kobaxidze bu gün müvafiq sərəncamı imzalayıb.

Hökumət administrasiyasının məlumatına görə, bu gündən Gürcüstan hökumətinin tərkibində Baş nazirin 3 müavini olacaq. Baş nazirin birinci müavini səlahiyyətlərini iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili həyata keçirir. Baş nazirin digər müavini isə müdafiə naziri İrakli Çikovanidir.

Qeyd edək ki, ABŞ və Böyük Britaniya Tbilisidə keçirilən aksiyalara polisin müdaxiləsi ilə əlaqədar ötən gün Vaxtanq Qomelauriyə sanksiya tətbiq edib. (APA)

Milli.Az