Vətəndaş bu səbəbə görə nə kredit götürə bilir, nə pensiya ala - DİQQƏTLİ OLUN

20 Dekabr 2024 11:04

İmişli rayonu Xoşçobanlı kənd sakininin xəbəri olmadan onun adına kredit götürülüb.

Milli.Az xəbər verir ki,şikayətçi Əliəkbər Nuruşovdur.

O bildirib ki, 6 noyabr 2024-cü il tarixində kredit götürmək üçün banka müraciət edib. Məlum olub ki, artıq onun adından bankdan kredit çəkilib.

O iddia edir ki, noyabr ayının 21-də isə onun pensiya kartından götürülən kreditə görə 157 manat vəsait çıxılıb. Vətəndaş məsələnin həll olunmasını istəyir.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan bildirilib ki, məsələ araşdırılır.

O da qeyd olunur ki, belə hallarla rastlaşmamaq üçün vətəndaşlar diqqətli olmalı, şəxsi məlumatları heç kimlə paylaşmamalıdırlar.

Asya
Milli.Az