Meksikanın Tabasko ştatında həbsxanada iğtişaşlar başlayıb, 7 nəfər ölüb.
Milli.Az xarici mediaya istinadən xəbər verir ki, bu barədə RİA Novosti dövlət prokurorluğuna istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə dekabrın 19-da "sosial bərpa mərkəzində" qeydə alınıb. Yerli hüquq-mühafizə orqanları qiyamın yatırılmasına nail olub.
"Hadisə nəticəsində 7 nəfər ölüb", - deyə prokurorluğun açıqlamasında bildirilib. Həlak olanların adları da qeyd olunub.
Tabasko prokurorluğu həmçinin bildirib ki, iğtişaşlar zamanı dörd polis əməkdaşı olmaqla on nəfər yaralanıb.
Agentlik araşdırma aparır.
Fidan
Milli.Az