86 yaşlı məşhur memar polis tərəfindən güllələnib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Turqut Toydemir Beykozda polis əməkdaşı S.Ç. ilə mübahisə zamanı güllələnərək yaralanıb. Polis avtomobilini dayandırmaq istəyən S.Ç., Toydemirin dayanmadığını iddia edərək atəş açıb. Güllə memara dəyib. Memar hazırda xəstəxanadadır.
Hadisədən sonra polis əməkdaşı S.Ç. silahı ilə təslim olub və saxlanılıb. Onun barəsində "qəsdən yaralama" ittihamı ilə istintaq başladılıb və vəzifəsindən uzaqlaşdırıldığı bildirilib.
Fidan
Milli.Az