Real Madrid Interkontinental Kubokunun qalibi olub. İspanlar Qətərin şimalında Lusail şəhərində keçirilən finalda Meksikanın Paçuka klubunu 3:0 hesabı ilə məğlub ediblər.
Qollar hücum üçlüyü Kilyan Mbappe, Rodriqo və Vinisius Jr. tərəfindən vurulub. Bu üç ulduz xüsusilə final oyunlarında parlayır.
Milli.Az xəbər verir ki, baş məşqçi Karlo Ançelotti və yarımmüdafiəçi Luka Modriç bu zəfərlə klub tarixində yeni bir uğur əldə ediblər.
Karlo Ancelotti, keçmiş rekordçu Migel Munyosu (14) geridə qoyaraq, "Real"ın baş məşqçisi kimi 15-ci titulunu qazanıb.
Xorvatiyalı futbolçu Luka Modriç də "Kral klubu" ən çox kubok qazanma rekordunu yeniləyib, indi onun 28 mükafatı var.
Çempionlar Liqasının qalibi olan Real Madrid 2024-cü ilin sonunda daha bir kubok qazanaraq, FIFA Interkontinental Kubokunun ilk qalibi olub.
Madrid klubu Meksikanın Paçuka komandasını Lusail stadionunda 3:0 hesabı ilə məğlub edərək, 2024-cü ildə qazandığı dördüncü titulu əlavə edib. Bu kubokdan əvvəl onlar çempionatı, Premyer Liqa titulunu və UEFA Super Kubokunu da qazanmışdılar.
Qollar Kilyan Mbappe (37-ci dəqiqə), Rodriqo (53-cü dəqiqə) və Vinisius Jr. (84-cü dəqiqə, penalti) tərəfindən vuruldu. 2022 Dünya Çempionatının final stadionunda keçirilən oyunda Real Madrid-in hücum xətti üstünlüyünü nümayiş etdirib.
Hücum üçlüyünün finalda parlayacağı artıq gözlənilən idi. Mbappe klub (PSG və Real) və Fransa milli komandası ilə oynadığı son yeddi finalda səkkiz qol vurub, dördü məhz Lusail stadionunda. Rodriqo isə Real Madrid forması ilə oynadığı son beş finalda dörd qol vurub. Həmçinin, həftənin FIFA Dünya Futbolçusu seçilən Vinisius Jr. Real Madrid ilə 12 finalda 13 qolda iştirak edib (8 qol və 5 assist).
Lalə Qüdrətova
Milli.Az