"Qarabağ"ın hücumçusu Olavio Juninyo Avropanın daha bir klubunun diqqət mərkəzinə düşüb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, "Sevilya" ilə yanaşı, daha bir klub braziliyalı forvardı heyətinə qatmaq niyyətindədir. Söhbət hazırda Çempionlar Liqasında çıxış edən "Srvena Zvezda"dan gedir. Serbiya təmsilçisi da Juninyonu heyətinə cəlb etmək arzusundadı.
Nəşr "Sevilya"nın bu transferdə daha iddialı olduğunu və La Liqa təmsilçisi üçün Juninyonun alınmasının əsas prioritet sayıldığını qeyd edib. O da vurğulanıb ki, "Qarabağ" "sambaçı"nın transferinə görə çox pul tələb edir.
Qeyd edək ki, Juninyo 2023-cü ildən "Qarabağ"ın formasını geyinir. Onun Ağdam təmsilçisi ilə müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdi.
Milli.Az