Aparıcı Zaur Kamal "Həmin Zaur" proqramında açıqlaması ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, Zaur illər əvvəl Əməkdar artistlərin onun verilişinə çəkilmək üçün aparıcıya 10 min dollar pul təklif etdiyini bildirib:
"Mənim üçün indi çox şey dəyərsiz olub. İndi çox şey ucuzlaşıb, dəyərdən düşüb. O vaxt "Ay Zaur" verilişinə hər adamı çəkmirdik. Masanın üstünə "paçka" ilə dollar, 10 minlik qoyurdular ki, bizi çəkin. Onlar da dünyasını dəyişən Əməkdar artistlər idi. Biz onları çəkmirdik. Samballı insanlarla verilişlər etmişik". /axşam.az
Milli.Az