Messi: “Hər dekabrda yadıma düşür” - FOTO

19 Dekabr 2024 15:03

Argentina millisinin və "İnter Mayami"nin ulduzu Lionel Messi 2022-ci ildə qazandıqları dünya çempionatını 2-ci ildönümü ilə bağlı paylaşım edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, o, sosial şəbəkələrində yazıb: 

"Dekabr ayını və Milad bayramlarını sevirəm. 2 il bundan öncə ilin bu ayı xoşagəlməz ola bilərdi. Amma nəticədə idman karyeramın ən gözəl ayı oldu. İndi isə hər dekabr bunu xatırlayıram... Hər kəsi 2-ci ildönüm münasibətilə təbrik edirəm". 

Xatırladaq ki, 2022-ci il dekabrın 18-də Argentina millisi dünya çempionatının finalında Fransanı məğlub edib. Oyunun əsas və əlavə vaxtları 3:3 hesablı heç-heçə ilə bitdiyinə görə qalib penaltilər seriyasında müəyyənləşib. Argentina millisi 4:3 hesabı ilə qalib gəlib və dünya çempionu olub.

Messi həlledici görüşdə iki qol vurub. Həmin dünya çempionatı Argentina milli komandasının tarixində üçüncü, lakin Messinin karyerasında ilk idi.

Milli.Az