Bu ölkənin nazirlərinə " Whatsapp"dan istifadə qadağan olunur

19 Dekabr 2024 17:30

Şotlandiya hakimiyyəti nazirlərə və hökumət işçilərinə "WhatsApp" və digər qeyri-korporativ mesajlaşma tətbiqlərindən rəsmi məqsədlərlə istifadəni qadağan etməyə hazırlaşır.

Milli.Az xəbər verir ki, bu qərar barədə məlumatı Şotlandiyanın birinci nazirinin müavini Keyt Forbs açıqlayıb.

Yeni qaydalara əsasən, 2025-ci ilin yazından etibarən məmurlar yalnız "Microsoft Teams" kimi hökumət tərəfindən təsdiqlənmiş proqramlardan istifadə edə biləcəklər. Bundan əlavə, rəsmi işlər üçün şəxsi telefonlardan istifadə də qadağan ediləcək.

"Bu addım hökumət işlərinin şəffaflığını və təhlükəsizliyini artırmaq məqsədi daşıyır", - deyə Forbs qeyd edib.

Yeni qaydalar, xüsusilə rəsmi yazışmaların daha yaxşı idarə olunmasını və məlumat təhlükəsizliyinin təmin edilməsini hədəfləyir.

Nərmin
Milli.Az