Survivor iştirakçısı Sahra Işık Qəzaya düşüb: "Dua Edin, Körpəm Sağlam Olsun"
"Survivor" yarışı ilə tanınan voleybolçu Sahra Işık yol qəzasına düşüb. Sosial şəbəkə hesabında paylaşım edən Işık baş verənləri izləyiciləri ilə bölüşərək vəziyyətin nə qədər təhlükəli olduğunu vurğulayıb.
Sahra Işık bildirib ki, alkoqollu sürücünün məsuliyyətsiz davranışları onun və ətrafdakıların həyatı üçün ciddi təhlükə yaradıb. "Dümdüz yolunda gedərkən alkoqollu sürücü avtoxuliqanlıq edə-edə gəlir və həm sənin, həm bətnindəki körpənin, həm də digər insanların həyatını təhlükəyə atır. Hazırda xəstəxanaya gedirəm, dua edin, körpəm sağlam olsun," - deyə o qeyd edib.
Hadisə ilə bağlı əlavə məlumat hələlik verilməyib.
Xatırladaq ki, Sahra Işık və iş adamı İdris Aybirdi 2019-cu ildə ailə həyatı qurub və yaxın zamanda ilk övladlarını gözlədiklərini açıqlayıblar. Cütlük şəxsi həyatı ilə dəfələrlə gündəmə gəlsə də, hər zaman birlikdə çətinliklərin öhdəsindən gəldiklərini ifadə ediblər.
İsmayıl
Milli.Az