Paytaxtın Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində şadlıq evinin anbar hissəsində baş vermiş yanğının yayılmasının qarşısı alınıb.
Hazırda yanğının söndrülməsi istiqamətində tədbirlər davam etdirilir.
--------
09:31
Bakıda obyekt yanır.
Milli.Az-ın məlumatına görə, yanğın "Neolit" restoranda baş verib.
Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, M.Əliyev küçəsində yerləşən obyektdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az