Yeni doğduğu körpəsini ticarət mərkəzinə atdı

19 Dekabr 2024 13:27

Rusiyanın Sankt-Peterburq şəhərində qadın körpə körpəsini ticarət mərkəzlərindən birinə atıb.

Milli.Az yerli KİV-ə istinadla xəbər verir ki, o, tərk edilmiş körpəyə qayğı göstərməyi xahiş edən məktub da yazıb.

Uşaq günorta saatlarında ticarət kompleksinin mərtəbələrindən birində tapılıb.

Körpəni qoyub gedən qadının əri onu evə aparıb. Kişi həyat yoldaşının doğuşdan sonrakı depressiyaya düşdüyünü deyib. /Lent.az

Milli.Az