Bacısı faciəli şəkildə ölən nazir köməkçisinə daha bir ağır itki

19 Dekabr 2024 08:40

Elm və təhsil nazirinin köməkçisi Taleh Əhmədova daha bir ağır itki üz verib.

Milli.Az xəbər verir ki, onun atası Valeh Habil oğlu Əhmədov vəfat edib.

Xatırladaq ki, oktyabr ayında isə nazir köməkçisinin bacısı 1985-ci il təvəllüdlü Günel Abdullayeva faciəli şəkildə dünyasını dəyişib. O, Xaçmazın Seyidli kəndində rəfiqəsi 1977-ci il təvəllüdlü İlahə Bayramova ilə birlikdə meşədə göbələk yedikdən sonra hər ikisinin halı pisləşib. Xəstəxanaya aparılan zaman İ.Bayramova yolda ölüb, həkimlərin səyinə baxmayaraq,  G.Abdullayevanın da həyatını xilas etmək mümkün olmayıb. /iqtisadiyyat.az 

Milli.Az